İsveç prokurorluğu Baltik dənizində rabitə kabelini zədələməkdə şübhəli bilinən gəmini saxlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
"İsveç və Latviya arasında Baltik dənizində çəkilmiş rabitə kabelinin zədələnməsindən sonra mümkün ciddi təxribat faktı ilə bağlı ilkin araşdırma başlanıb", - məlumatda qeyd olunur.
Prokurorluq aydınlaşdırıb ki, istintaq baş prokuror Mats Jungkvist-in rəhbərliyi altında aparılır. Onun sözlərinə görə, işə Milli Polis Əməliyyatlar İdarəsi, Sahil Mühafizəsi və silahlı qüvvələr də daxil olmaqla bir neçə qurum cəlb olunub.
Xatırladaq ki, yanvarın 26-da Latviya ilə İsveç arasında çəkilmiş sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib. Bundan sonra Latviyanın Baş naziri Evika Silinja məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını elan edib.
Ölkənin dəniz qüvvələri dağıntı yerinə patrul gəmisi göndərib və hadisə ilə bağlı İsveç və digər NATO müttəfiqləri ilə əlaqə saxlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.