Belarusda keçirilən seçkilərdə Lukaşenko 86,82% səslə qalib gəlib
İlkin məlumatlara görə, Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib - seçicilərin 86,82%-i ona səs verib. Azadmedia.az xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransı zamanı bildirib.
Prezident seçkilərində ikinci yerdə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov (3,21 faiz səs), üçüncü yerdə isə Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç (2,02 faiz səs) qərarlaşıb. Sahibkar Anna Kanopatskaya onu 1,86% kiçik fərqlə izləyir. Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak seçicilərin 1,74%-i tərəfindən dəstəklənib.
Xəbərlər əlavə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.