AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Düşmənin itkilərini gizlətməsinin səbəbi - Polkovnik açıqladı

  • + A
  • - A
  • 2-03-2017, 12:24

    Düşmənin itkilərini gizlətməsinin səbəbi - Polkovnik açıqladı















    Azərbaycanın Müdafiə Nazirliyinin ötən gün yaydığı rəsmi məlumata görə, son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir.

    Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AzVision.az-a bildirib ki, Ermənistan tərəfindən Qarabağda döyüşlərin çoxu muzdlulardır. Polkovnikin sözlərinə görə, düşmən muzdluların ölümünü gizli saxlayır. Bu səbəbdən itkilər cəmiyyəti bir o qədər də maraqlandırmır.

    Polkovnik qeyd edib ki, Ermənistan rəhbərliyi Suriya və digər döyüş zonalarından Qarabağa muzdlu döyüşçülər gətirir.

    “Muzdlu döyüşçülərin ölümü Ermənistan üçün o qədər də problem yaratmır. Həmin itkilər Ermənistan cəmiyyəti üçün maraq kəsb etmir. Ölənlərin çoxu həyatından bezmiş insanlardır. Ailəsi, uşağı olmayan və pul qazanmaq üçün gələnlərdir. Bu səbəbdən muzdlular öləndə cəmiyyətə məlumat verilmir”.

    Hərbi ekspert vurğulayıb ki, ölənlər arasında təkzə muzdlular deyil, ermənilər də var: “Ermənilərin ölümü barədə məlumatlar bilərəkdən gizli saxlanılır. Çünki ölkədə iğtişaşların genişlənəcəyindən, narazı kütlənin ayağa qalxacağından qorxurlar. Ölən əsgərlərin anası etiraz edir ki, nə üçün övladımız Qarabağda ölür, biz niyə müharibə aparırıq? Bu cür etirazların genişlənəcəyindən qorxan hakimiyyət onların ölümünü ört-basdır etmək istəyir. Vəziyyəti belə görən erməni gənclər ölkədən qaçıb gedirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR