Prezidentin köməkçisi şəhid Milli Qəhrəmanın ailəsinə baş çəkdi

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun ailəsini ziyarət edib.
O, Qax rayonu, Qaşqaçay kəndində şəhidin ailəsinin yaşadığı evə baş çəkib.
“Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun anası Lalə xanıma göstərdiyi qonaqpərvərliyə, səmimi münasibətə və ləzzətli təamlara görə təşəkkür edirik.
Qəhrəmanlarımızın əziz xatirəsi və şücaəti daim qəlbimizdə yaşayaraq nəsildən-nəslə ötürüləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - Prezidentin köməkçisi sosial şəbəkə hesabında yazıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.