"Sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqaz Aİ-nin marağındadır".
AzadMedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.
"Bakıda Şəhidlər Xiyabanında mən Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz bir hissəsidir.
Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir", Aİ Şurası Prezidenti qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.