AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko: "Belarus eskalasiya olarsa, Ukraynanı elektrik enerjisindən məhrum edə bilər"

  • + A
  • - A
  • 6-02-2022, 20:10

    Lukaşenko: "Belarus eskalasiya olarsa, Ukraynanı elektrik enerjisindən məhrum edə bilər"

    Əgər Ukraynanın hərəkətləri vəziyyətin gərginləşməsinə səbəb olarsa, Belarus bu ölkəyə elektrik enerjisi, yanacaq və sürtkü yağlarının tədarükünü dayandıra bilər. Bunu Belarus lideri Aleksandr Lukaşenko Soloviev Live YouTube kanalına müsahibəsində deyib.

    “Əgər onlar bizə və ya Rusiyaya qarşı döyüşməyə başlasalar, biz təchizat etməyəcəyik” deyən Lukaşenka əlavə edib ki, Rusiya Ukraynanı Belarusdan 3-5 dəfə çox elektrik enerjisi ilə təmin etmək imkanına malikdir.
    Bundan əvvəl eyni müsahibəsində siyasətçi Ukraynanın heç vaxt Belarusla müharibə etməyəcəyinə əminliyini ifadə edib.

    Xatırladaq ki, Ukrayna fevralın sonunda sınaq çərçivəsində Rusiya və Belarusun elektrik şəbəkələrini 72 saat müddətinə kəsmək niyyətindədir.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR