AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident yanğınla bağlı tapşırıqlar verdi

  • + A
  • - A
  • 2-03-2018, 13:33

    Prezident yanğınla bağlı tapşırıqlar verdi















    Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
    AZTB.info xəbər verir ki, İlham Əliyev və digər rəsmi şəxslər 25 nəfərin yanaraq həlak olduğu hadisə yerində olublar.
    Hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri görməyi tapşırıb. Prezident Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.

    Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR