AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadın ermənipərəstdir - ŞƏRH

  • + A
  • - A
  • 26-01-2023, 10:57

    ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadın ermənipərəstdir  - ŞƏRH

    ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi Moskvaya gəlib. Azadmedia.az verir ki, bu barədə cümə axşamı ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi Telegram kanalında səfirin paytaxt hava limanlarından birində çəkilmiş şəklini yerləşdirərək bildirib.
    Fotonun altında "Rusiyaya xoş gəlmisiniz, səfir Treysi" deyilir.

    Yanvarın 24-də Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov və Treysi Rusiya səfirinin Vaşinqtondakı iqamətgahında görüşüblər. Həmin gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib ki, Rusiya-Amerika münasibətlərindəki qıcıqlandırıcılarla bağlı məsələlərin müzakirəsi Treysi ilə davam etdiriləcək. Onun sözlərinə görə, indiyədək Moskva ilə Vaşinqton arasında münasibətlərdə problemli mövzularda ümumi dil tapmaq mümkün olmayıb.

    Linn Treysini yaxından tanıyaq

    21 dekabr 2022-ci ildə ABŞ Konqresinin Senatı Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiq edib. Sergey Lavrov yanvarın 18-də mətbuat konfransında Amerikanın yeni səfirinin Rusiyaya nə vaxt gələcəyi sualını cavablandırarkən, Rusiya tərəfinin ona razılıq verdiyini və Moskvadan “onun gəlişinə heç bir maneə olmadığını” deyib.

    Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadındır. O, karyera diplomatıdır. Bu yaxınlara qədər ABŞ-ın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edib. Noyabrın sonunda ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinin təsdiqinə həsr olunmuş dinləmələrdə diplomat Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-müdafiələrin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib. Xanım Treysi Rusiya Federasiyasında həbsdə olan amerikalıların azadlığa buraxılmasını prioritet hesab edəcəyini qeyd edib.
    Bir məqamı vurğulayaq ki, Linn Treysi 2019-cu ildən ABŞ-ın İrəvandakı səfiridir.
    Maraqlıdır ki, Senatda çıxışı zamanı Moskvadakı Amerika missiyasının rəhbəri vəzifəsinə namizədliyinin təsdiqi çərçivəsində Treysi etiraf edib ki, ABŞ Rusiyanı Ermənistan-Azərbaycanməsələsində sıxışdırmaq məqsədini qarşısına qoyub. Treysi əminliklə bildirib ki, ABŞ-ın Ermənistanla Azərbaycan arasında gərgin münasibətlərin həllində dəyərli rolu var və Rusiya regionu tərk edərsə, ABŞ-ın daha güclü rol oynamaq imkanları olacaq.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Treysinin tezislərini şərh edərək:
    “Biz başa düşürük ki, ABŞ Konqresində anti-Rusiya mühiti hökm sürür. İllər boyu inkişaf etdirilən "ədəblilik qaydaları" haqqında öz fikirləri var. Rusiyada səfir kimi işləmək istəyən şəxs ABŞ-ın ölkəmizlə dialoqunun daha da pisləşməsinə yol verməmək üçün peşəkar, konstruktiv işə sadiqliyini nümayiş etdirməlidir”, - cavabını verib
    Ermənistanda diplomatik missiyasını başa vurmaqda olan Treysini daha səmimi yola salıblar. Amerika diplomatı növbə ilə respublikanın demək olar ki, bütün rəhbərliyi tərəfindən qəbul edilib. Ermənistan Xarici İşlər Nazirliyi daha irəli gedərək Lin Treysini departament medalı ilə təltif edib.
    ABŞ Senatında çıxış edən Lin Treysi də bəyan edib ki, “Ermənistan Rusiya ilə münasibətlərin hazırkı vəziyyətindən razı deyil”.

    “Düşünürəm ki, biz Ermənistana necə kömək edə biləcəyimizlə bağlı çox vacib danışıqlardayıq. Deyim ki, Rusiyanın rol oynadığı və bizim diqqət yetirməli olduğumuz bir çox təhlükəsizlik problemləri var”, - Linn Treysi bildirib.

    Xatırladaq ki, ABŞ-ın dünyada ən böyük diplomatik nümayəndəliklərindən biri Ermənistanda yerləşir.

    Treysini nə üçün Rusiyanı seçdi?


    1986-cı ildə Corciya Universitetinin sovetşünaslıq fakültəsini bakalavr dərəcəsi ilə bitirən Treysi 1987-1990-cı illərdə ABŞ-ın Moskvadakı səfirliyində təcrübə keçib. Daha sonra Moskvada işlədiyi illəri xatırlayaraq müsahibəsində qeyd edib ki, bu təcrübə mənim peşə seçimimə təsir etdi. Rusiya məni diplomat etdi! Rusiya məni daxili siyasi həyatın müxtəlifliyi və mürəkkəbliyi, zəngin tarixi və mədəniyyəti ilə fəth etdi. 1994-cü ildə Akron Hüquq İnstitutunu bitirdikdən sonra o, Dövlət Departamentinə daxil olub.

    2014-cü ildə o, ABŞ-ın Rusiyadakı səfirliyi rəhbərinin müavini təyin edilib (o vaxt Con Tefft səfir idi - müəl.). O, ölkəyə səfərləri zamanı yerli işgüzar dairələr, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirsə də, danışıqların əksəriyyəti bağlı qapılar arxasında keçirilib və reklam olunmayıb. 2017-ci ildə Treysi Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi olub.
    Xarici mediadan toplayıb tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR