AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranşünas İranla Azərbaycan arasında qarşıdurma baş verəcəyi təqdirdə Ermənistan üçün risklərdən narahatdı

  • + A
  • - A
  • 3-02-2023, 11:21

    İranşünas İranla Azərbaycan arasında qarşıdurma baş verəcəyi təqdirdə Ermənistan üçün risklərdən narahatdı

    İranşünas Anna Gevorqyan İranla Azərbaycan arasında toqquşma olacağı təqdirdə Ermənistan üçün riskləri təqdim edib və bunun Ermşnistan üçün faydalı olub-olmaması sualını cavablandırıb.
    Azadmedia.az erməni mediasına istinadla İranşünasın mövqeyini təqdim edir:
    "Heç bir münaqişənin birmənalı nəticəsi ola bilməz. Regionda hər hansı münaqişə birmənalı olaraq Ermənistanın maraqlarına uyğun ola bilməz. Təsəvvür edək ki, İranla Azərbaycan arasında münasibətlər o qədər kəskinləşib ki, onlar hərbi eskalasiyaya çatıb. İrandan keçmədən Naxçıvanla Ermənistan ərazisi ilə quru əlaqəsi məsələsi Azərbaycan üçün aktuallaşacaqmı? - sualına Gevorqyan cavab verib ki, bu məsələ Qərb tərəfdaşları ilə münasibətlərdə mübahisə predmetinə çevriləcək. Həmçinin regionda yeni müharibə yeni qaçqınların meydana çıxması deməkdir. Beləliklə, Ermənistan Azərbaycanın İrana qarşı istifadə etməyə çalışdığı İranın şimal, azərbaycandilli əyalətlərindən olan qaçqınları qəbul etmək problemi ilə üzləşəcək.

    "Ekspertlər istənilən hərbi münaqişəni 10 müxtəlif versiyada təhlil edirlər. Biz necə istədiyimizi təsəvvür edirik", - Gevorkyan illüziyalara uymamağa çağırıb.

    Azərbaycanın İrandakı səfirliyində fövqəladə vəziyyətin tətbiqindən və İsfahandakı obyektə pilotsuz təyyarələrin hücumundan sonra İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsinə gəlincə, ekspert bunu iki ölkə arasında gedən hibrid müharibə fonunda nəzərdən keçirməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR