Çin və Fransa İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla nizamlanmasına sadiqdirlər. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Yelisey sarayının Çin sədri Si Tszinpinlə Fransa prezidenti Emmanuel Makron arasında apardığı danışıqların yekunlarına dair yaydığı birgə bəyanatda deyilir.
“2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanması çoxtərəfli diplomatiyada mühüm nailiyyət oldu. Fransa və Çin İranın nüvə probleminin siyasi və diplomatik həllini təşviq etməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər”, - kommünikedə deyilir. Sənəddə vurğulanır ki, Pekin və Paris “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin səlahiyyətinə və effektivliyinə” şübhə etmədən “nüvə silahının yayılmaması üçün beynəlxalq rejimin qorunmasına sadiqliklərini bir daha bəyan edirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.