AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suriya Xarici İşlər Nazirliyi ABŞ-dan qeyri-qanuni neft ixracına görə təzminat tələb edir

  • + A
  • - A
  • 22-04-2023, 23:38

    Suriya Xarici İşlər Nazirliyi ABŞ-dan qeyri-qanuni neft ixracına görə təzminat tələb edir

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq beynəlxalq ictimaiyyəti onun təbii sərvətlərinin ABŞ və onunla əlaqəli hərbi birləşmələr tərəfindən sistemli şəkildə talanmasına son qoymağa çağırıb.

    "Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir", - agentliyin bəyanatında deyilir.

    Sənəddə vurğulanır ki, “Suriya xalqına məxsus təbii sərvətlərin talanması beynəlxalq humanitar hüquqa ziddir və vətəndaşların yoxsullaşmasına və iztirab çəkməsinə gətirib çıxarır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR