AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Ermənistan aviaşirkətinin uçuşları üçün hava məkanını bağlayıb - SƏBƏB

  • + A
  • - A
  • 30-04-2023, 03:14

    Türkiyə Ermənistan aviaşirkətinin uçuşları üçün hava məkanını bağlayıb - SƏBƏB

    Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin Avropaya uçuşları üçün hava məkanını xəbərdarlıq etmədən bağlayıb. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bunu aviadaşıyıcının direktorlar şurasının rəhbəri Aram Ananyan deyib.

    Onun sözlərinə görə, Ankara əvvəlcədən xəbərdarlıq etmədən aviaşirkətə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib.

    Mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankara ilə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərin yay aylarına qədər açılmasına dair razılaşma əldə etdiyini açıqlamışdı. O qeyd edib ki, idarə artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

    Hələ fevral ayında Mirzoyan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və dövlətlər arasında sərhədi açmağa hazır olduğunu bəyan etmişdi. O vurğulayıb ki, İrəvan və Ankara iki dövlətin sərhədində yerləşən Ani körpüsünün birgə təmiri, həmçinin sərhədlər tam açılana qədər infrastrukturun qayğısına qalması barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR