Qazaxıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakının perspektivləri müzakirə edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Baş naziri Əlixan Smailov ilə görüşündə danışılıb.
Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub. Ölkələrimiz arasında neft, nəqliyyat, gəmiqayırma, humanitar sahələr, informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib.
Son zamanlar Azərbaycan və Qazaxıstanın, eləcə də üçüncü tərəflərin Xəzər dənizindən keçməklə Orta Dəhlizlə daşınan yüklərinin həcminin artması məmnunluqla qeyd olunub, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.