Türkiyə ilə Azərbaycan arasında KAAN döyüş təyyarələrinin birgə təkmilləşdirilməsi ilə bağlı əldə olunan razılaşma iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin yeni mərhələsidir. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə müdafiə sənayesindəki uğurlarını davam etdirəcək: “Uğurlarımız digər ölkələr üçün də ilham mənbəyinə çevrilir”.
Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesindəki dostlarını dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, iyulun 27-də Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında hərbi-texniki əməkdaşlığa dair yeni saziş imzalanıb. Sənəd Türkiyənin KAAN döyüş təyyarəsinin birgə təkmilləşdirilməsini nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.