AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu: İsraildəki terror aktlarının arxasında İran dayanır

  • + A
  • - A
  • 21-08-2023, 22:27

    Netanyahu: İsraildəki terror aktlarının arxasında İran dayanır

    İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsraildə silsilə terror aktlarının təşkilinin arxasında İran dayanır. Azadmedia.az bu barədə Times of Israel-ə istinadla xəbər verir.

    “Biz İran və onun müvəkkilləri tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən terror hücumunun episentrindəyik”, - deyən hökumət başçısı vurğulayıb ki, ölkə hakimiyyəti günahkarların tapılıb cəzalandırılması üçün hər şeyi edir.

    Bundan əvvəl İsrail polisi Təl-Əvivdə atışma barədə məlumat vermişdi.

    Terror aktı İsrailin paytaxtında məşhur Nachalat Binyamin ticarət mərkəzində baş verib. Bir neçə polis müfəttişi ona yaxınlaşdıqdan sonra həmin şəxs atəş açıb. Hücum edən şəxs onlardan birinə ağır xəsarətlər yetirib. Təxminən 40 yaşlı qurban Təl-Əvivdəki Sourasky Tibb Mərkəzinə aparılıb.

    27 yaşlı cinayətkarın üzərinə atəş açıldığı, onun sağ qaldığı və həkimlərin əlində olduğu bildirilir.

    İsrail polisinin rəisi Kobi Şabtai bildirib ki, həmin şəxs şəhid olacağına söz verdiyi intihar məktubu qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR