ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrian Uotson Tver yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı məlumatla tanış olub. Azadmedia.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (əvvəllər Twitter kimi tanınırdı) hesabında məlumat verib.
Avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi Embraer Legacy təyyarəsi qəzaya uğrayıb. O, Moskva - Sankt-Peterburq reysi həyata keçirib. Təyyarədə 10 nəfər olub, onlardan üçü ekipaj üzvü olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olanların hamısı həlak olub.
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə Yevgeni Priqojin adlı sərnişin olub.
Rusiya Federasiyasının İstintaq Komitəsi artıq qəza ilə bağlı cinayət işi açıb.
Öz növbəsində ABŞ prezidenti Co Bayden Tver yaxınlığında, ehtimal ki, göyərtəsində Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğramasından təəccüblənmədiyini, lakin hadisənin təfərrüatları ilə tanış olmadığını bildirib.
Tver vilayətində qəzaya uğrayan Embraer-135 (EBM-135BJ) təyyarəsinin uçuşu müəyyən edilmiş qaydada verilmiş hava məkanından istifadə icazəsi əsasında həyata keçirilib.
Həmçinin bildirilib ki, Tver vilayətində qəza yerinə gələn xilasedicilər dağıntılar altından 7 nəfərin cəsədini çıxarıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.