AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran prezidenti Türkiyəyə rəsmi səfər edəcək

  • + A
  • - A
  • 3-09-2023, 19:53

    İran prezidenti Türkiyəyə rəsmi səfər edəcək

    İran prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə rəsmi səfəri gözlənilir. Azadmedia.az xəbər verir ki, bunu bazar günü Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bildirib.

    “Biz Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası münasibətilə cənab Rəisinin Türkiyəyə səfərini gözləyirik. İnşallah Rəisi prezidentimizlə görüşəcək”, - deyə Fidan iranlı həmkarı Hüseyn Abdullahyanla Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

    Fidan bildirib ki, həmkarı ilə terrorizmlə mübarizə, iqtisadi-ticarət əməkdaşlığı ilə bağlı bir sıra problemləri müzakirə edib.

    Onun sözlərinə görə, danışıqlar zamanı Ankara Suriyanın Türkiyədə terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyasının yaraqlılarından təmizlənməsi məsələsinə münasibət bildirib. Fidan qeyd edib ki, Ankara PKK ilə mübarizədə Dəməşqlə əməkdaşlıq gözləyir və suriyalı qaçqınların öz vətənlərinə könüllü qayıtmasının tərəfdarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR