AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kim Çen In Putinlə görüşəcək - Tarix

  • + A
  • - A
  • 5-09-2023, 10:43

    Kim Çen In Putinlə görüşəcək - Tarix

    Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiya Federasiyasına səfər etməyi və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə “The New York Times” (NYT) ABŞ rəsmiləri və onların müttəfiqlərindən olan mənbələrə istinadən məlumat yayıb.

    Nəşr vurğulayır ki, Kim Çen In Pxenyandan, ehtimal ki, zirehli qatarla Vladivostoka gedəcək və orada Putinlə görüşəcək. Versiyalardan birinə görə, Şimali Koreya lideri Moskvaya gedə bilər, “lakin bu dəqiq deyil”.

    “Putin Kim Çen Indan Rusiyaya artilleriya mərmiləri və tank əleyhinə raketlərin göndərilməsinə razılıq verməsini, Şimali Koreya lideri isə Moskvanın peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyaları Pxenyana ötürməsini istəyir”, - mənbə bildirib.

    Onlar həmçinin iddia edirlər ki, hər ikisi sentyabrın 10-dan 13-dək keçiriləcək Şərq İqtisadi Forumunda iştirak etmək üçün Uzaq Şərq Federal Universitetinin kampusuna gələcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR