AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kim Çen In Rusiyaya gəlib

  • + A
  • - A
  • 12-09-2023, 11:10

    Kim Çen In Rusiyaya gəlib

    Azadmedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərə getdiyi zirehli qatar Primorsk diyarında Razdolnaya çayı üzərindəki dəmir yolu körpüsünü keçərək şimala doğru hərəkət edir.
    Kremlin mətbuat xidməti Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcəyini bildirib. Çərşənbə axşamı səhər KCNA Şimali Koreya liderinin Rusiyaya yola düşmə mərasimindən fotoları dərc edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, danışıqlar Uzaq Şərqdə aparılacaq, lakin dəqiq harada olduğunu açıqlamayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR