Bazar günü axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Cənub Dəniz Briqadası komandirinin müavini Məhəmməd Əbu Əlini saxladığını bildirib. Bu barədə RİA Novosti yazır.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqarinin sözlərinə görə, İsrail Hərbi Dəniz Qüvvələrinin 13-cü Şayetet briqadasının üzvləri hazırda təhlükəsizlik qüvvələri tərəfindən sorğu-sual edilən Məhəmməd Əbu Əlini ələ keçiriblər.
Şənbə günü səhər İsrail Qəzza zolağından böyük raket hücumu ilə üzləşdi. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, 3 mindən çox raket atılıb. Bundan əlavə, HƏMAS döyüşçüləri bir sıra raket hücumlarından sonra İsrailin cənub sərhəd bölgələrinə soxulublar.
Şənbə günü HƏMAS-ın hərbi qanadı İDF-nin Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlamasına cavab olaraq, İsrailə qarşı Əl-Əqsa Daşqını əməliyyatı elan edib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan hərbçilərin geniş şəkildə səfərbər edilməsi barədə göstəriş verib.
“Jerusalem Post” qəzetinin məlumatına görə, 1,5 mindən çox insan xəsarət alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.