AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ hərbi zabiti məxfi məlumatları Çinə satdığını etiraf edib

  • + A
  • - A
  • 11-10-2023, 09:12

    ABŞ hərbi zabiti məxfi məlumatları Çinə satdığını etiraf edib



    Reuters-in dərc etdiyi məlumata görə, Wenheng Zhao adlı ABŞ Hərbi Dəniz Qüvvələrinin əməkdaşı Çinin kəşfiyyat xidmətinə məxfi məlumatları ötürmək üçün rüşvət aldığını etiraf edib.

    26 yaşlı hərbçi ABŞ-ın Hind-Sakit Okean regionunda hərbi təlimləri planlarının fotoşəkillərini və Yaponiyanın Okinavadakı ABŞ hərbi bazasında radar sisteminin diaqramlarını Çində əlaqəsi olduğu şəxsə göndərdiyini etiraf edib.

    Verilən məlumata görə, Zhao təxminən 15 min dollar alıb. İndi onu 20 ilə qədər həbs gözləyir.

    Bundan əvvəl ABŞ hərbi kəşfiyyatının təqaüdə çıxmış çavuşu Cozef Şmidt də Honq-Konqdan San-Fransiskoya qayıtdıqdan sonra həbs edilmişdi. ABŞ Ədliyyə Nazirliyi Şmidtin məxfi məlumatları Çinə ötürməyə cəhd etdiyini bildirdi. Onu on ilə qədər həbs gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR