AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İsrailə hərbi təlimlər üçün gələnləri oradan uzaqlaşdırıb

  • + A
  • - A
  • 11-10-2023, 12:48

    ABŞ İsrailə hərbi təlimlər üçün gələnləri oradan uzaqlaşdırıb

    ABŞ Hərbi Hava Qüvvələri Fələstinin Həmas hərəkatının hücumundan sonra hərbi təlimlərdə iştirak etmək üçün orada olan Amerika hərbçilərini İsrail ərazisindən çıxarıb. Bu barədə “Defence One” portalı ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin bəyanatına istinadən xəbər verir.

    "İsraildə olan az sayda amerikalı hərbçi C-17 nəqliyyat təyyarəsi ilə evlərinə uçub", - nəşr yazır.

    Nəşrin həmsöhbəti aydınlaşdırıb ki, təyyarə İsrailə boş gəlib və uçuş zamanı göyərtəsində “yalnız Amerika hərbçiləri” olub.

    Portal müəllifləri bildirirlər ki, ABŞ-İsrail ikitərəfli təlimləri İsraillə Fələstinin Həmas hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib.

    Bundan əvvəl The New York Times-ın köşə yazarları belə qənaətə gəlmişdilər ki, HƏMAS hücumu İsrailin əməliyyat və kəşfiyyat uğursuzluqları nəticəsində mümkün olub.

    Oktyabrın 9-da Trampın oğlu fələstinlilərin videosunda Amerikanın avtomatlarını görüb. Bir gün əvvəl Sky News, İordan çayının qərb sahilində HƏMAS-ın döyüşlərinin başlamasına sevinən fələstinlilərin M4-ə bənzər silahlarla havaya atəş açdığını əks etdirən kadrları yayımladı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR