AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə girovların azad edilməsi üçün Həmas ilə danışıqlar aparır

  • + A
  • - A
  • 11-10-2023, 23:12

    Türkiyə girovların azad edilməsi üçün Həmas ilə danışıqlar aparır

    Ərdoğan girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqlara göstəriş verib

    Habertürk telekanalı xəbər verir ki, Türkiyə Fələstinin Həmas hərəkatı ilə təşkilatın döyüşçülərinin saxladığı şəxslərin azad edilməsi ilə bağlı danışıqlar aparır.
    Telekanalın mənbələrinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı danışıqlar prosesinin aparılmasına göstəriş verib.

    Bundan əvvəl Ərdoğan bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini bəyan etmişdi.

    Türkiyə lideri həmçinin İsrail prezidenti İsaak Hersoqdan sağlam düşüncədən istifadə etməyə və regionda vəziyyəti gərginləşdirməməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR