AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-nun baş katibi: Mən İsrailin HƏMAS-ın hərəkətlərinə mütənasib cavab verəcəyinə ümid edirəm

  • + A
  • - A
  • 11-10-2023, 23:27

    NATO-nun baş katibi: Mən İsrailin HƏMAS-ın hərəkətlərinə mütənasib cavab verəcəyinə ümid edirəm

    NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə deyib ki, Fələstinin Həmas hərəkatının hücumlarına İsraildən mütənasib cavab gözləyir. O, bunun günahsız mülki insanların ölümünün qarşısını almaq üçün "vacib" olduğunu söyləyib.
    “İsrailin özünü müdafiə etmək hüququ var. Terror hücumuna məruz qaldı və çoxlu mülki vətəndaş həlak oldu. İsrailin bu tip terror hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Təbii ki, mən gözləyirəm ki, biz İsrailin cavabını görəndə mütənasib olacaq və bu davam edən münaqişədə günahsız mülki insanların həlak olmasının qarşısını almaq üçün əlimizdən gələni etməyimiz vacibdir”, - deyə o, ilk görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

    Yens Stoltenberq bildirib ki, artıq bir sıra NATO ölkələri İsrailə əsasən kəşfiyyat məlumatları ilə yardım edib. O, həmçinin vurğulayıb ki, İsrailə yardım Ukraynaya yardımın həcminə təsir etməyəcək. "NATO eyni anda bir neçə çağırışa cavab verə bilər, NATO ölkələrinin Yaxın Şərqdəki vəziyyətə cavab vermək imkanları var", - təşkilatın baş katibi vurğulayıb.

    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR