AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da Nümayəndələr Palatasına yeni spiker seçkiləri ləğv edilib

  • + A
  • - A
  • 12-10-2023, 01:14

    ABŞ-da  Nümayəndələr Palatasına yeni spiker seçkiləri ləğv edilib

    CNN: ABŞ Nümayəndələr Palatasının yeni spikeri üçün seçkilər keçirilməyəcək

    Çərşənbə günü, oktyabrın 11-də baş tutmalı olan ABŞ Nümayəndələr Palatasının yeni spikeri üçün seçkilər keçirilmədi, CNN mənbəyə istinadən xəbər verir.

    Bu həftə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul (R-Texas) parlamentin aşağı palatasının İsraili dəstəkləməsi üçün tez bir zamanda daimi spiker seçilməsinin zəruri olduğunu söyləyib.

    Bundan əvvəl məlum olub ki, respublikaçı Kevin Makkarti (Kaliforniyadan) Nümayəndələr Palatasının spikeri vəzifəsindən kənarlaşdırılıb.

    Respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik MakHenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR