AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna prezident administrasiyası Benyamin Netanyahunun ofisinə rəsmi sorğu göndərib

  • + A
  • - A
  • 12-10-2023, 01:22

    Ukrayna prezident administrasiyası Benyamin Netanyahunun ofisinə rəsmi sorğu göndərib

    Ukrayna prezident administrasiyası Benyamin Netanyahunun ofisinə rəsmi sorğu göndərib. Axios mənbələrinin qeyd etdiyi kimi, müzakirə ilkin mərhələdədir, Ukrayna liderinin İsrailə mümkün səfəri üçün hələlik konkret tarixlər yoxdur.
    Bundan əvvəl Zelenski Netanyahu ilə Fələstinin HƏMAS hərəkatının hücumu fonunda yəhudi dövlətində Ukrayna vətəndaşlarının təhlükəsizliyini, eləcə də bu hadisələrin regiondakı təhlükəsizlik vəziyyətinə təsirini müzakirə etdiyini bildirib. Zelenski İsraillə həmrəy olduğunu bəyan edib və çoxsaylı qurbanlara görə başsağlığı verib.

    Azadmedia.az xatərladır ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrailin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ora və Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR