AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ ölkələri yanvarda Azərbaycandan neft məhsullarının idxalını 83 dəfə artırıb

  • + A
  • - A
  • 22-03-2024, 21:40

    Aİ ölkələri yanvarda Azərbaycandan neft məhsullarının idxalını 83 dəfə artırıb


    Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar ayında Azərbaycandan təxminən 19,7 min ton neft məhsulları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 83 dəfə çoxdur.

    Pul ifadəsində tədarüklər 42 dəfə artaraq təxminən 11,3 milyon avroya çatıb.

    İdxalda əsas pay Yunanıstandandır ki, bu ölkəyə yanvarda Azərbaycandan təqribən 10,5 milyon avro dəyərində 18,7 min ton neft məhsulları tədarük edilib.

    Daha əvvəl bildirildiyi kimi, 2023-cü ildə Aİ ölkələri, Eurostat-ın məlumatına görə, Azərbaycandan neft məhsulları idxalını 2022-ci illə müqayisədə 17,4 dəfə artıraraq, təxminən 306,9 min tona çatdırıb. Dəyər baxımından idxal 12,3 dəfə artaraq təxminən 186,5 milyon avroya çatıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR