AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qreta Tunberq Hollandiyada keçirilən etiraz aksiyaları zamanı həbs edilib

  • + A
  • - A
  • 6-04-2024, 22:49

    Qreta Tunberq Hollandiyada keçirilən etiraz aksiyaları zamanı həbs edilib

    İsveçli ətraf mühit fəalı Qreta Tunberq Hollandiyada qalıq yanacaq subsidiyalarına qarşı etirazlar zamanı həbs edilib. Bu barədə Telegraaf.nl məlumat yayıb.
    Tunberq və daha bir neçə etirazçı Haaqanı Amsterdam, Rotterdam və Utrextlə birləşdirən A12 magistral yolunu bağlamağa cəhd etdikləri üçün saxlanılıb. Aprelin 6-da polis tərəfindən dağıdılan aksiyada bir neçə yüz nəfər iştirak edib. Etiraz aksiyasını “Extinction Rebellion” ictimai-siyasi hərəkatı təşkil edib.
    Bundan əvvəl Tunberq artıq etiraz meydanından qovulmuşdu, lakin o, geri qayıtdı və saxlanıldı. Hollandiya qanunlarına görə, fəalları həbs etmək olmaz. Sadəcə olaraq onları etiraz meydanından aparırlar. "Bu bir neçə dəfə baş verərsə, şəxs tutulacaq və mümkün həbs üçün yoxlanılacaq" dedi polis.
    Fevral ayında Tunberq Fransanın cənub-qərbində avtomobil yolunun tikintisinə qarşı etiraz aksiyasına qoşulub, baxmayaraq ki, onun həyata keçirilməsinə qadağa qoyulub. Nümayişdə iştirak edənlər Tuluza və Kastr şəhərləri arasında A69 avtomobil yolunun tikintisinə qarşı çıxıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR