AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib

  • + A
  • - A
  • 7-01-2020, 12:29

    Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib


    ADAU-nun rektoru İbrahim Cəfərov tələbələrə, təhsil ekspertlərinə, valideynlərə və KİV-nə müraciət etdi.

    Əziz dostlar, tələbələr, hörmətli valideynlər, KİV nümayəndələri,sabah Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır, sessiya ilə əlaqədar universitetdə hazırlıq işləri lazımi səviyyədə aparılmış, müvafiq əmrlər verilmiş, ictimai nəzarət şurası yaradılmış və tərkibə KİV nümayəndələri ilə yanaşı ölkənin tanınmış təhsil ekspertləri daxil edilmiş, valideynlərin bütün proses boyu imtahanları izləmələri üçün şərait yaradılmışdır. İmtahanlar Boloniya təhsil prosesinin tələblərinə uyğun olaraq şifahi, yazılı və test üsulları ilə aparılacaqdır. Xüsusi çəki baxımından şifahi imtahanlara daha çox üstünlük verilmiş və tələbələr sessiyanın başlanmasına bir ay qalmış məlumatlandırılmışdır. Qeyd edim ki, bütün şifahi imtahanların gedişi əvvəldən sona qədər kompyuterə yazılacaqdır, bu həm müəllimin, həm də imtahan verənin məsuliyyətini yüksəltmək üçündür, istənilən şikayət dərhal lentə baxmaqla appelyasiya komissiyası tərəfindən araşdırılacaqdır. Test imtahanları üçün 2 böyük auditoriya ayrılmış, 150 kompyuterlə təchiz edilmiş, proqram təminatı işlənmişdir. Bir sözlə, universitet bu məsuliyyətli prosesi uğurla aparmaq üçün bütün tədbirləri görmüşdür. Əlbəttə, ictimai nəzarətə də ehtiyacımız var, buna görə də bütün valideynləri, KİV nümayəndələrini, böyük şirkətlərin rəhbərlərini və əməkdaşlarını, DAİM sədrlərini, prosesə maraq göstərən bütün digər tərəfləri imtahan prosesini izləməyə dəvət edirəm. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Sizlərin də bu reallıqları görməsinə bir vasitə olacaq. Tələbələrimə müraciət edərək, onları əmin olmağa çağırıram ki, dövlət, kənd təsərrüfatı nazirliyi və biz daim Sizlərin yanındayıq, imtahan sessiyasının təhsil qanunlarına uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər görüləcəkdir. Hər birinizi bağrıma basıram, uğurlar arzulayıram. Yaşasın 100 yaşlı Azərbaycan Dövlət Aqrar Universiteti! 100 yaşlı universitetin imtahanlarında 100 ballar qazanaq!

    Azərbaycan Dövlət Aqrar Universiteti təhsil alan tələbələr arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

    Hazırda ADAU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

    ADAU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.

    Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyəti rektor, professor İbrahim Cəfərov rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.


    Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görüb və bu iş indi də davam edir.

    Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.

    Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

    Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
    Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.

    Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
    Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.


    Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR