AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Akkord"un zərəri günü-gündən artır - Şirkət niyə ziyanla işləyir?

  • + A
  • - A
  • 23-07-2018, 13:40

    "Akkord"un zərəri günü-gündən artır - Şirkət niyə ziyanla işləyir?














    "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın 2017-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.

    AZXEBER.COM şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin cəmi aktivləri 28,1% azalaraq bu il yanvarın 1-nə 856 milyon 937 min manat təşkil edib.

    Bununla yanaşı, 2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675 milyon 676 min manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181 milyon 262 min manata düşüb.

    Ötən il şirkətin satışdan gəlirləri 12 milyon 788 min manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8 milyon 44 min manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1 milyon 529 min manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

    Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət, 2016-cı ildən 6 milyon 317 min manat mənfəətlə çıxmışdı.

    Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib. Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR