AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun növbəti səyyar görüş-qəbulu

  • + A
  • - A
  • Bu gün, 05:55

    center]Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun növbəti səyyar görüş-qəbulu[/center]
    Masallının Təklə ərazisində rayon rəhbərinin 21 yanvar 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    21 yanvar 2025-ci il tarixdə rayonun Təklə ərazisinin Xoşçobanlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.


    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 8 məsələ qaldırılmış və müraciətlərin 8-i də müsbət həll olunmuşdur.

    Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Ərazinin Mollahəsənli kəndində elektrik şəbəkəsi tərəfindən yararsız elektrik dirəkləri dəyişmiş və 1 km məsafədə elektrik xəttlərinə toxunan ağaclar budanmış, Təklə ərazisində Qaz istismar sahəsi tərəfindən həyətlərin daxilində olan qaz sayğacları həyətlərdən kənara köçürülmüş, ərazi üzrə ümumilikdə 150 metr şəhid adına olan küçələrə asfalt qırıntısı tökülmüş, 3 km məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmış və 900 metr məsafədə kənddaxili yola qreyder verilmiş, ərazidə GPON lahiyəsi üzrə “AzTelekom” İB, “CityNet” MMC və “SelNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş, Mollahəsənli kəndində Şəhid Firudin Dəmirov adına dayanacaq və bulaq tikilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR