Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.
Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Banbaşı ərazisində 700 metr, Xıl kəndində 260 metr, Köhnə Alvadı kəndində 230 metr, Həsənli ərazisində 230 metr, Təklə ərazisində 100 metr və Yeyənkənd ərazisində 100 metr məsafədə suaparıcı kanal təmizlənmişdir. Türkoba ərazisinin Şatıtoba kəndində bələdiyyə tərəfindən 100 metr məsafədə suaparıcı kanal təmizlənmiş və 1 ədəd boru qoyulmuşdur. Bədəlan ərazisinin Çayqıraq kəndində asfalt örtüyünün döşənməsi ilə əlaqədar yolun kənarından keçən 5.3 km məsafədə suötürücü kanal təmizlənmiş və kəndin əsas suaparıcı kanalının keçidinə 2 ədəd 800 mm-lik boru qoyulmuşdur.
Masallı Elektrik Şəbəkəsi tərəfindən Köhnə Alvadı kəndində yeni transformator quraşdırılmış, Qarğalıq kəndində Şəhidlər abidə-kompleksinin qarşısında yerləşən elektrik dirəyinin yeri dəyişdirilmiş, Hişkədərə ərazisində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.
Birinci Səmədxanlı kəndində 1.3 km, Xırmandalı kəndində 250 metr və Güllütəpə ərazisinin Yeni Zuvand kəndində 400 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.
Miyanku, Yeddioymaq, Musakücə, Viləş, Qızılağac, Çaxırlı, Sığdaş, Türkoba və Həsənli ərazilərində dövlət bayraqları yenisi ilə əvəzə olunmuşdur.
Ərkivan qəsəbəsində aztəminatlı ailənin yanan fərdi yaşayış evinin təmiri üçün xeyriyyəçilər tərəfindən 28000 manat maddi yardım göstərilmiş, Yeyənkənd kənd tam orta məktəbinin idman zalının təmirinə 2300 manat maddi yardım və bir aztəminatlı tələbəyə maddi yardım göstərilmiş, Masallı şəhər ərazisində 6 nəfər şagird üçün məktəbli forması, çanta və ləvazimatların alınmasından ötrü pul vəsaiti ayrılmış, Hişkədərə ərazisində aztəminatlı ailənin kommunal borcu ödənilmiş, Təzə Alvadı ərazisində 360 metr və Xırmandalı ərazisində 200 metr məsafədə gecə işıqlandırma sistemi quraşdırılmış, Qızılağac ərazisində futbol meydançası qreyderlə hamarlanmış və artezian quyusu qazılmış, Qarğalıq ərazisində Şəhriyar kəndinə gedən yola istiqamətləndirici lövhə quraşdırılmış, Xırmandalı ərazi nümayəndəliyinin inzibati binasının 40 kv. metr dam örtüyü yenisi ilə əvəz olunmuş, Təklə ərazisinin Sığıncaq kəndində məscidin həyətində təmir işləri aparılmış, Qəriblər kəndində mərasim evinin həyətində su quyusu qazılmış, Həsənli ərazisinin Təkdam kəndində mərasim evinin fəsad hissəsi təmir olunmuş və rənglənmiş, Böyük Kolatan ərazisində olan kəndlərin girişinə yeni istiqamətləndirici lövhələri quraşdırılmış, Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində körpü təmir edilmiş, Türkoba ərazisinin Şatıroba kəndində 100 ədəd və Təzəkənd ərazisində 10 ədəd zibil qutusu kənddaxili küçələrə yerləşdirilmişdir. Ərkivan qəsəbəsində futbol stadionun təmirinə, Qodman kəndinin giriş qapısının tikintisinə və Mahmudavar kəndində idman meydançasının tikintisinə başlanılmışdır.