AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Tərəvəz və çəltik əkin sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirildi

  • + A
  • - A
  • Dünən, 15:00

    Masallıda “Tərəvəz və çəltik əkin sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirildi

    27 avqust 2025-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tərəvəz və çəltik əkin sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

    Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul əməkdaşları, aidiyyəti üzrə rayon idarə, müəssisə, təşkilat rəhbərləri, media nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
    Müşavirədən əvvəl rayon rəhbəri kənd təsərrüfatı məhsullarından hazırlanmış güşəyə baxış keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müşavirəni açıq elan edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

    Məlum olduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür və qərarlar qəbul edilir. Buna misal olaraq ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri avadanlığının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi, həmçinin fermerlərin sertifikatlı, o cümlədən keyfiyyətli və məhsuldar toxumlarla təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

    Məlumat üçün bildirim ki, Masallı rayonunun ərazisi 72097 hektardır. Bundan da 24907 hektarı əkinə yararlı torpaq sahəsidir. Əkinə yararlı torpaq sahəsindən 17933,3 hektarı əkilmişdir. Əkinlərin 10131 hektarı suvarılan torpaqlardır.
    Bu il 4668,3 ha sahədə yazlıq əkin işi aparılmışdır. Yazlıq əkinlərdən əsasən pomidor 542 ha, badımcan 514,5 ha, noxud 240.5 ha, xiyar 337.5 ha, paxla 169 ha, soğan 123.5 ha və mərci 71 ha təşkil edir.
    Rayonda ümumilikdə 994,4 ha çoxillik əkin vardır. Ondan 250,2 ha çiyələk, 133,8 ha çay və 34 ha isə yeni salınmış sitrus bağlarıdır.

    Rayon ərazisində ümumilikdə 2065 ha tərəvəz əkilmiş, 49821.9 ton məhsul götürülmüşdür.
    Tərəvəz əkini sahələrində işçi qüvvəsinə çox ehtiyac olur. Ona görə də işsizliyin aradan qaldırılmasına müsbət təsir edən bu sahənin inkişafına xüsusi diqqət göstərilməlidir.

    Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının bu sahəsinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

    Tərəvəzçilik əsasən Xırmandalı, Həsənli, Qızılağac, Xıl, Öncəqala, Səmədxanlı, Təklə, Çaxırlı, Yeddioymaq və Sərçuvar ərazilərində daha çox inkişaf etmişdir. Tərəvəzçilik rayonun iqtisadiyyatına müsbət təsir göstərən sahələrdəndir.
    Tərəvəzçilikdə məhsuldarlığı artırmaq üçün aqrotexniki tədbirlər gücləndirilməlidir. Torpağı vaxtında şumlayıb hazırlamalı, toxumun keyfiyyətinə, ziyanvericilərlə mübarizə vaxtında aparılmalı becərmə və suvarma kimi lazım olan tədbirləri düzgün həyata keçirilməlidir. Torpağı məhsul yığımından dərhal sonra şumlamalı, növbəli əkinə yer verməli, keyfiyyətli toxum tədarük edilməlidir.

    Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında müvafiq sərəncam imzalanmış və tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların nəticəsi olaraq Masallı şəhərində “Masallı Nemətləri” MMC tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş sutkalıq emal gücü 20 ton olan çəltik emalı zavodu quraşdırılmış və 18 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.

    Çəltikçilik sahəsində yaradılmış əlverişli mühit rayonda çəltik əkin sahələrinin artmasına səbəb olmuşdur. Belə ki, 2016-cı ildə 8,6 hektar, 2017-ci ildə 195 hektar, 2018-ci ildə 301 hektar, 2019-cu ildə 217,6 hektar, 2020-ci ildə 253,9 hektar, 2021-ci ildə 281,6 hektar, 2022-ci ildə 220,9 hektar, 2023-cü ildə 147,5 hektar, 2024-cü ildə 138,6 hektar, cari ildə isə 179,3 hektar sahədə çəltik əkini aparılmışdır. Çəltik əkin sahələrində ümumilikdə orta məhsuldarlıq 35-40 sentner olmuşdur.

    Rayonda əvvəlki illərlə müqayisədə çəltik əkininin azalmasına əsas səbəb su çatışmazlığı və sertifikatlı toxum olmamasıdır.
    Çəltik əkini əsasən Xıl, Boradigah, Şıxlar, Tüklə, Hişkədərə və Türkoba ərazilərində daha çox əkilir. Bu da rayonun iqtisadiyyatına müsbət təsir göstərən sahələrdəndir.

    Nəzərinizə çatdırıram ki, 23 sentyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı rayonunda “çəltik və düyü festivalı” keçiriləcəkdir.

    Bir məsələni də qeyd edim ki, kənd təsərrüfatı məhsullarının həcminin artırılması istiqamətində rayonumuzda ötən il çəltik istehsalının artırılması məqsədilə Mahmudavar ərazisində, tərəvəz əkininin artırılması məqsədilə Qızılağac ərazisində zona müşavirələri keçirilmişdir. Müşavirələrdə 400 fermer və torpaq mülkiyyətçisi iştirak etmişdir. Müşavirələrdə qaldırılan məsələlərlə bağlı Masallı DAİM-nə tapşırıq verilmiş, aidiyyəti qurumlara müraciətlər ünvanlanmış və nəticəsi nəzarətdə saxlanılmışdır. Bu səbəbdən qeyd etmək olar ki, ötən illə müqayisədə yazlıq əkinlər 30 ha, çəltik əkinin isə 40 ha artmışdır.

    Yeri gəlmişkən Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyinə tapşırıram ki, rayon ərazisində Meliorasiya və İrriqasiya işlərini gücləndirsin və su istifadəçiləri tərəfindən təsərrüfat suyunun qənaətlə istifadə edilməsinə nəzarəti artırsınlar.

    Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəvəzçiliyin və çəltikçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirməli və təkliflərlə çıxış etməlidirlər. Onlar təkcə subsidiyanın verilməsi ilə işlərini bitmiş hesab etməməlidirlər. Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması, yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görməli, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlərlə yerində görüşlər keçirməli, eyni zamanda aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmalı və lazımi köməklik göstərməlidir. Həmçinin həyata keçirilən qrant layihələrə fermerləri cəlb etməli, aidiyyəti üzrə təkliflərlə çıxış etməlidirlər.
    Sonda bildirirəm ki, rayonumuzda ərzaq bolluğu yaratmaq üçün hər cür əlverişli şərait var. Dövlətin həyata keçirdiyi siyasət belə deməyə əsas verir ki, daxili tələbatı tam və dolğun ödəməklə, ixrac potensialını da artırmaq mümkündür. Bu isə öz növbəsində aqrar sahədə çalışan insanların gəlirlərinin çoxalmasına, onların sosial-rifah halının yüksəlməsinə səbəb olar.
    Mən əminəm ki, müşavirə rayonumuzda tərəvəz və çəltikçiliyin inkişafına müsbət təsir göstərəcəkdir.

    Müşavirədə Masallı DAİM direktoru Seymur Nuriyev çıxış edərək bildirdi ki, Dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri də respublika əhalisini yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Məhz bu nöqteyi nəzərdən Azərbaycan Respublikası Prezdentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tərəvəz və bostan məhsulları istehsalçıları qarşısında qoyduğu tələblər xüsusi əhəmiyyət daşıyır.

    Masallı rayonunda kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26722 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir. Torpaqları 24907 ha əkin kateqoriyasıda olan torpaq sahəsidir ki, bunun da 10131 ha suvarılan torpaq sahələridir.
    Rayon ərazisində 2025-ci ildə fermerlər tərəfindən 4668.3 hektar sahədə yazlıq əkinlər əkilmişdir. Ondan kartof- 922 ha, pomidor-542 ha,xiyar-337,çəltik-179,3 ha,tütün-15 ha, bibər-109,5 ha, badımcan-514,5 ha, yemiş-250 ha, qarpız-68,5 ha,baş soğan- 123,5 ha və 1293,5 digər əkinlər təşkil edir.

    Tərəvəzçilik sahəsində məhsul istehsalını artırmaq, əhalinin təlabatını ödəmək üçün mövcüd əkin sahələrinin hər hektarından məhsuldarlığı yüksəltmək, az məhsuldar sortları yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarla əvəz etmək. Məhsuldarlığın artırılmasında növbəli əkin sisteminin tətbiqinə və mütərəqqi becərmə texnologiaları sistemlərinə fikir verilməsidə mühüm məsələlərdəndir.

    Tərəvəz əkinləri əsasən rayonumuzun Qızlağac, Lürən, Xıl, Təklə, Çaxırlı, Öncəqala və s. inzibati ərazilərində əkilir.
    Son illərin statistikasına nəzər salsaq rayon ərazisində tərəvəz əkinləri aşağıdakı kimi olmuşdur. 2021-ci ildə 2001,3 ha, 2022-ci ildə 2025,3 ha,2023-cü ildə 2014,5 ha,2024-cü ildə 2003,0 ha və 2025-ci ildə isə 2065 hektar təskil etmişdir. Orta məhsuldarlıq göstəricilərinə nəzər saldıqda isə 2021-ci ildə hektara 278,1 sentner(27,81 ton), 2022-ci ildə 279,2 sentner(27,92 ton və 2023-2024-cü illərdə hektara 278,4 sentner (27,84 ton) olmuşdur. Cari dövrdə tərəvəz məhsul istehsalı davam edir hal-hazırda hektara məhsuldarlıq 241,3 sentner (24,13 ton) təşkil edir. Fermerlərimizin diqqətinə çatdırmaq istərdim ki, istehsal etdikləri məhsulların satışında ptoblem olduğu hallda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təhcizat” ASC-in elektron portalından qeydiyyatdan keçmələrinin tövsiyyə edirik.

    “Azərbaycan Respublikasında çəl¬tikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın məqsə¬di ölkə əhalisinin düyüyə olan tələba¬tının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inki¬şafını stimullaşdırmaqdan ibarətdir.

    Çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olub rayonumuzda ötən əsrin 60-cı illərindən becərilməsinə başlanılmış və əsrin sonlarına kimi becərilmişdir. Lakin sonradan bu sahə unudulmuş və 2016-cı ildə rayonumuzda ilk dəfə çəltik becərilməsi həyata keçirilmişdir.

    Yeyinti sənayesində çəltikdən birbaşa istifadə edilmir. Emal prosesinin qabıqçıxarma mərhələsindən sonra dən cilalanma qurğularında cilalandıqda sonra çəltik yarması və ya “düyü” adlanır. Çəltik emal edildikdə tətbiq edilmiş emal texnologiyasından asılı olaraq 65-75% düyü alınır. Çəltiyin hər hektarından orta hesabla 35-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50-60 sentner və daha artıq olur.
    Rayonda 2016-cı ildə 8,6 hektar, 2017-ci ildə 195 hektar, 2018-ci ildə 301 hektar, 2019-cu ildə 217,6 hektar, 2020-ci ildə 253,9 hektar, 2021-ci ildə 281,6 hektar, 2022-ci ildə 220,9 hektar, 2023-cü ildə 147,5 hektar, 2024-cü ildə 138,6 ha 2025-ci ildə isə 179,3 hektar çəltik əkini aparılmışdır.

    Orta məhsuldarlıq 2016-cı ildə hektara 20,4 sentner, 2017-ci ildə 30,1 sentner, 2018-ci ildə 33,5 sentner, 2019-cu ildə 31,6 sentner, 2020-ci ildə 34,2 sentner, 2021-ci ildə 34,5 sentner, 2022-ci ildə 35,4 sentner, 2023-cü ildə 35,5 və 2024-cü ildə isə 34,5 sentner təşkil etmişdir. Rayonda əsasən “Haşimi”, “Apola”, “Okean” “Sədri” və.s çəltik sortları əkilir. Çəltikçiliyin inkişafında əkin sahələrinin suvarma suyu ilə təminatı ən vacib amillərdən biridir. Bu sahədə mövcud olan çətinliklərin ardan qaldırılması üçün Su Ehtiyyatları Agentliyinin Rayon bölməsinin mütəxəssisləri ilə birlikdə rayon üzrə çəltik əkinləri üçün əlverişli olan, suvarma suyu ilə təmin oluna bilən ərazilər müəyyənləşdirilmiş və bu barədə vətəndaşlara məlumat və tövsiyyələr verilmişdir.
    Masallı şəhərində “Masallı Nemətləri” MMC tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş sutkalıq emal gücü 20 ton olan çəltik zavodu quraşdırılmış və 18 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.

    Bildirmək istəyirəm ki, Subsidiya Şurasının yeni qərarına əsasən baza məbləği 200 manat olmaqla 2025-ci ildə əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müasir suvarma sistemi ilə təmin olunmuş və müasir suvarma sistemi ilə təmin olunmamış bitkilər üzrə ayrı-ayrı hesablanacaqdır. Cənab başçı, bundan sonra da rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə verilmiş tapşırıqların icrasından ötrü bütün imkanlarımızı səfərbər edəcək, ənənəvi əkinçilik sahələrinin genişlənməsi, yüksək məhsuldarlığın əldə olunması, əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qaytarılması üçün üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə var qüvvəmizlə çalışacağıq.

    Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov çıxış edərək bildirdi ki,
    Rayonumuzda 2020-ci ildən başlayaraq çəltik əkini ənənəvi hal almışdır. Bu il də Masallı rayonumuzda Apollo, Haşimi, Okean növləri olmaqla 178 hektar çəltik əkilmişdir.

    “Aqroservis” ASC çəltik sahələrinin hazırlanması üçün traktor, kotan, ağır diskli mala, lazer mala və çəltik əkən maşınla, həmçinin subsidiya hesabına fermerləri ammofos, karbamid və ammonium nitrat gübrəsi ilə təmin etmişdir.

    Çəltik əkini zamanı rayon sakini Mehtiyev Təbib “Aqroservis” ASC-dən götürdüyü çəltikəkən maşından istifadə etmişdir. Digər fermer Seyran Nağıyev şəxsi çəltikəkən maşını ilə əkin aparmışdır. Qalan əkinlər bizə məlum olduğu qədər toxum səpini formasında həyata keçirilmişdir.
    Səpin formasında aparılan əkinlər özü ilə bir sıra problemlər yaradır ki, bu da öz növbəsində həm məhsuldarlığın aşağı olmasına və məhsulun yetişmə müddətinin uzanmasına, həm də çəltikbiçən kombaynın hissələrinin tez sıradan çıxmasına səbəb olur.

    Təcrübə göstərir ki, bu cür sahələri mini kombaynla biçmək həm ləng, həm də baha başa gəlir. Çünki mexanizatorların kombayna qulluq xərcləri artır, sıradan çıxmış hissələrin təmiri əlavə vaxt itkisinə səbəb olur.
    Hazırda bölməmizdə olan 2 ədəd mini çəltikyığan kombaynın icarəyə verilməsi ilə əlaqədar mexanizatorlara təkliflər versək də hələ ki, müsbət cavab almamışıq. Kombaynlların yerli fermerlərə satılması üçün Masallı rayonu Gənclər evində fermerlərlə görüş keçirsək də bölgə fermerlərindən heç bir təklif gəlməmişdir. Çəltikçi fermerlərimizdən Seyran Nağıyev şəxsi büdcəsi hesabına 1 ədəd çəltikyığan mini kombayn almışdır. Təbib Mehtiyev isə fiziki şəxslə razılaşaraq onda olan kombaynla öz məhsulunu biçəcəkdir.

    Əvvəllər bizimlə işləyən mexanizatorların bölməmizdə olan kombaynları icarəyə götürməməsinin səbəbi kombaynın tək barabanlı olması, iş görmə həcminin az olması, yəni daha çox hektar biçə bilməməsi, kombaynlarda köhnəlmə olduğu üçün biçin zamanı izafi xərclərin yaranması, həmçinin biçin haqqının qonşu rayonlarla müqayisədə daha aşağı olması ilə izah edirlər.
    Bütün bunlar tərəfimizdən araşdırılır, yuxarı rəhbərliyə analitik məlumatlar verilir, balansımızda olan çəltikyığan kombaynları götürəcək mexanizatorlara hansı güzəştlərin oluna biləcəyi araşdırılır. Əgər mexanizatorlara qismən güzəşt olsa və fermerlər də biçin qiymətlərində günün tələblərinə uyğun mexanizatorlarla razılığa gələrsə yaranmış problemi həll etmiş olacağıq.

    Ümidvarıq ki, qeyd edilən məsələlər öz həllini tapacaq. Qonşu rayonlardan da kombaynlar cəlb edəcəyik. Alternativ olaraq quru çəltik sahələrində taxılyığan kombaynlardan istifadə etməyi düşünürük.
    Müşavirədə daha sonra çıxış edən Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas iş istiqaməti abonentləri içməli su və kanalizasiya xidməti, kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etmək, bundan başqa rayon ərazisində suvarma şəbəkələrinin istismarını həyat keçirmək və onlara nəzarət etməkdən ibarətdir.

    Belə ki, rayon ərazisində 10131 ha əkin sahələrinin suvarma suyuna olan tələbatı Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan Viləş çay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə təmin olunur. Suvarma suyunun itkisiz və maneəsiz tələbatçılara çatdırılmasından ötrü idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Gəyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülmüş və hazırda da bu istiqamətdə işlərimiz davam etdirilir.
    Cari ildə rayonumuzda digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı çəltik və tərəvəz əkininə də xüsusi diqqət yetirilmişdir. Əldə olan məlumata əsasən rayon ərazisində 179.3 ha sahədə çəltik, 2065 ha sahədə isə tərəvəz əkilmişdir. Qeyd etdiyimiz kimi bitkilərin inkişafı üçün suvarma işi əsas amillərdən hesab olunur. Lakin bitkilərin su ehtiyacları bir-birindən fərqlidir.

    Çəltik istehsalında su çatışmazlığı məhsuldarlığı məhdudlaşdıran əsas amillərdən biridir. Yüksək keyfiyyətli məhsulun əldə edilməsi üçün suvarma suyunun çəltik bitkisinə tələb olunan həcmdə və vaxtında çatdırılması ilkin şərtlərdəndir.
    Vegetasiya dövründə bir hektar çəltik sahəsinin suvarılma norması 30.000 m3 dək təşkil edir. Tərəvəz sahəsinin isə bir hektarının veqetasiya dövründə suvarılma norması iqlim şəraitindən asılı olaraq 3000 - 4000 m3 aralığında dəyişir.
    Rayon ərazisində əkin sahələrinin bəziləri Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidmət sahəsinə daxil edilmədiyindən və həmin ərazilərdə suvarma şəbəkələri mövcud olmadığından vətəndaşlar suvarma suyuna olan tələbatını subartezian və ya kiçik quyular vasitəsilə təmin edirlər.

    Əkin sahələrinin suvarma suyuna olan tələbatını təmin etmək üçün Viləşçay su anbarının həcminin iki dəfədən çox artırılacağı nəzərdə tutulub. Su anbarının ikinci növbəsinin tikintisinin layihə-smeta sənədləri hazırlanmış və inşası realizə olunduqdan sonra 17000 hektardan çox əkin sahələrinin suvarma suyuna olan tələbatı tam ödəniləcəkdir. Bundan başqa, rayonun Qızılağac kəndi ərazisindəki əkin sahələrinə suvarma suyunun itkisiz və vaxtında çatdırılması məqsədilə, suvarma mövsümü başa çatdıqdan sonra, yani cari ilin oktyabr ayında podratçı şirkət tərəfindən İdarənin 4 №li D=1200m olan dəmir boru qapalı şəbəkisinin 300 metr məsafədə korroziyaya uğramış hissəsinin yenilənməsi işlərinə başlanılacaqdır.

    Əkin sahələrinə suvarma suyunun vaxtında çatdırılmasının, bu sahəyə geniş yer verilməsinin vacibliyini dərk edərək, öz işlərimizə ciddi yanaşır, üzərimizə düşən bütün tapşırıqları yerinə yetirərək rayonumuzun iqtisadi cəhətdən möhkəmləndirilməsi üçün Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi olaraq kollektivimizi daim səfərbər edirik.
    Həmçinin fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, dünyada yaranan su qıtlığını nəzərə alaraq həm artıq su sərfinin, həm də torpaqların şoranlaşmasının qarşısının alınması məqsədilə təsərrüfat sahiblərinə sudan planlı şəkildə istifadə etmələrini xahiş edirəm.

    Müşavirədə fermerlər Mərifət Bağırov, İlqar Məmmədov, Siyavuş Nəzərov, Göydəniz Məmmədov çıxış etmişdir.
    Müşavirənin sonunda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qaldırılan məslələrlə bağlı müvafiq addımların atılacağını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR