Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayonda fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 20214,8 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 99,6 faiz çox olmuşdur.
Ümumi tikinti işlərinin 4210,9 min manatını və ya 20,8 faizini inşa yenidənqurma və bərpa işlərinin dəyəri, 5238,2 min manatını və ya 25,9 faizini əsaslı təmir, 9698,2 min manatını və ya 48,0 faizini cari təmir, 1067,5 min manatını və ya 5,3 faizini isə sair işlər təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.