AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2024-cü İLDƏ MASALLI RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ ARTMIŞDIR- STATİSTİKA

  • + A
  • - A
  • Dünən, 23:27

    2024-cü İLDƏ MASALLI RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ ARTMIŞDIR- STATİSTİKA

    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ildə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 580709,0 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü illə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,3 faiz, sənaye sahəsində 15,1 faiz, tikinti sahəsində 14,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 37,8 faiz, informasiya və rabitə sahəsində 22,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 0,5 faiz artmışdır.
    Sənaye. Rayonun sənayesi mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrindən ibarətdir. 2024-cü ildə 28 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2024-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 15,1 faiz artaraq 138832,9 min manat təşkil etmişdir.
    2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin 86,5 faizi emal sənayesində, 11,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 0,2 faizi isə mədənçıxarma sənayesində olmuşdur.
    Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi 245,7 min manat olmuşdur.
    Emal sənayesi müəssisələri tərəfindən 2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 16,8 faiz artaraq 120140,8 min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (86,2 faiz), qida məhsullarının istehsalı (7,3 faiz), tikinti materiallarının istehsalı (1,7 faiz), kimya sənayesi (1,6 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,0 faiz) və digər məhsulların istehsalı (1,2 faiz) təşkil etmişdir.
    Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ildə malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 7,2 faiz artaraq 16315,8 min manat təşkil etmişdir.
    Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi müqayisəli qiymətlərlə 16,4 faiz artaraq 2130,6 min manat təşkil etmişdir.
    Tikinti. 2024-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23183,3 min manat və ya 2023-cü illə müqayisədə 69,5 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin 5090,0 min manatı və ya 22,0 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
    Əsas kapitala yönəldilmiş vəsaitlərin 22752,2 min manatı və ya 98,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2023-cü illə müqayisədə 68,6 faiz az olmuşdur.
    Əsas kapitala yönəldilmiş vəsaitin 7,3 faizini dövlət sektoru, 92,7 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
    2024-cü ildə fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 28605,9 min manat təşkil etmiş və 2023-cü illə müqayisədə 14,0 faiz çox olmuşdur. Ümumi tikinti işlərinin 215,6 min manatını və ya 0,8 faizini tikinti yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə işləri, 3784,5 min manatını və ya 13,2 faizini əsaslı təmir, 22865,4 min manatını və ya 79,9 faizini cari təmir, 1740,4 min manatını və ya 6,1 faizini isə sair işlər təşkil etmişdir.
    Kənd təsərrüfatı. 2024-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilə nisbətən 0,3 faiz artaraq 201522,7 min manat olmuş, o cümlədən onun 93822,2 min manatı və ya 46,6 faizi bitkiçilik məhsullarının, 107700,5 min manatı və ya 53,4 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
    Nəqliyyat. 2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14240,0 min nəfər sərnişin daşınmış və 2023-cü illə müqayisədə 9,0 faiz artmışdır. 2024-cü ildə avtomobil nəqliyyatı ilə 2475,0 min ton yük daşınmış və 2023-cü illə müqayisədə 6,1 faiz artmışdır.
    2024-cü ildə nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən əldə olunan gəlirin ümumi dəyəri 2023-cü illə müqayisədə 37,8 faiz artaraq 24423,4 min manat olmuşdur ki, onun da 9482,2 min manatı və ya 38,8 faizi hüquqi şəxslərin, 14941,2 min manatı və ya 61,2 faizi isə fiziki şəxslərin payına düşür.
    İnformasiya və rabitə. 2024-cü ildə informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2023-cü illə müqayisədə 875,7 min manat və ya 22,8 faiz artaraq 4661,5 min manat təşkil etmişdir. Göstərilmiş xidmətlərin 3731,1 min manatı və ya 80,0 faizi dövlət sektoru, 930,4 min manatı və ya 20,0 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.
    Əmtəə bazarı. 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 570820,6 min manatlıq məhsul satılmış, onun 184800,7 min manatını və ya 32,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 386019,9 min manatını və ya 67,6 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
    2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalmışdır.
    İctimai iaşə xidmətləri. 2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə 12,8 faiz artaraq 17000,0 min manat olmuşdur. İctimai iaşə dövriyyəsinin 1,8 faizi və ya 312,1 min manatı hüquqi şəxslərin, 98,2 faizi və ya 16687,9 min manatı isə fiziki şəxslərin payına düşür.
    Əhaliyə göstərilən ödənişli xidmətlər. 2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 8,5 faiz artaraq 121786,5 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 11500,0 min manatını və ya 9,4 faizini məişət xidmətləri təşkil etmişdir.
    Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki illə müqayisədə 59,4 faiz artaraq 3823,8 min manat olmuş, o cümlədən 66,4 faizi nömrələrin satışından, 32,4 faizi iaşə xidmətlərindən, 1,2 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
    2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki illə müqayisədə 57,3 faiz artaraq 1991,3 min manat, o cümlədən 27,3 faizi əməkhaqqı xərcləri, 32,4 faizi içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 7,2 faizi bütün növ yanacaq və enerji xərcləri, 4,3 faizi büdcəyə ödənilən vergilər, 1,7 faizi əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 0,7 faizi suyun alınmasına çəkilən xərclər, 0,9 faizi reklam xərcləri, 0,1 faizi icarə ödəmələri, 25,4 faizi isə digər xərclər olmuşdur.
    Qiymət indeksləri. Rayon üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,6 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 101,6 faiz təşkil etmişdir.
    2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,8 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 101,8 faiz təşkil etmişdir.
    2024-cü ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,7 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 98,8 faiz təşkil etmişdir.
    2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 104,0 faiz təşkil etmişdir.
    Bələdiyyə. Fəaliyyət göstərən bələdiyyələrin 2024-cü ildə büdcə gəlirləri 1088,0 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 62,7 faiz çox olmuşdur. Bələdiyyələrin 2024-cü ildə büdcə xərcləri 1064,3 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 70,6 faiz çox olmuşdur.
    Yeni açılmış iş yerləri. 2024-cü ildə hüquqi şəxslər üzrə 414 yeni iş yeri açılmışdır. İş yerlərindən 24,9 faizi mövcud, 75,1 faizi isə yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır.
    Muzdla işləyənlərin sayı. Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-noyabr aylarında 15505 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7649 nəfər (49,3 faiz), qeyri-dövlət sektorunda isə 7856 nəfər (50,7 faiz) təşkil etmişdir.
    Muzdlu işçilərin 24,7 faizi məhsul istehsalı sahələrində, 75,3 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
    Əməkhaqqı. 2024-cü ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 598,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları 734,1 manat (əvvəlki ilin müvafiq dövründən 6,1 faiz çox), özəl müəssisələrdə isə 461,5 manat (əvvəlki ilin müvafiq dövründən 5,8 faiz çox) olmuşdur.
    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, həmçinin informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.
    Təhsil. İlkin məlumatlara əsasən, 2025-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 17 dövlət və 2 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 979 nəfər uşaq tərbiyə alır.
    2024/2025-ci tədris ilinin əvvəlinə rayonda 95 dövlət ümumi təhsil müəssisələrində 28643 nəfər təhsil almışdır.
    2024-cü ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini 1736 nəfər bitirmişdir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz çox olmuşdur.
    2024/2025-ci tədris ilinin əvvəlinə rayonda fəaliyyət göstərən 1 orta ixtisas təhsili müəssisəsində 828 tələbə təhsil almış, onların 56,8 faizini qadınlar təşkil etmişdir. Əvvəlki illə müqayisədə tələbələrin sayı 10 nəfər və ya 1,2 faiz az olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR