AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir

  • + A
  • - A
  • 9-12-2025, 16:11

    Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə Çaxırlı kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə 06.12.2025-ci il tarixdə 300 metr məsafədə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.

    Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat gediş-gəlişinə xidmət edir.

    Baxış zamanı icra başçısına görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib. Qeyd olunub ki, yolun yenilənməsi həm kəndin ümumi görünüşünə müsbət təsir göstərir, həm də şəhərin şəhid adının daşıyan əraziyə xüsusi diqqət və ehtiramın ifadəsidir.

    Şəhidin ailə üzvləri görülmüş işlərə, şəhid küçəsinə asfalt örtüyünün döşənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR