AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025-ci ildə Şəmkir rayonunda Sənayenin əsas göstəriciləri

  • + A
  • - A
  • Dünən, 16:00

    2025-ci ildə Şəmkir rayonunda Sənayenin əsas göstəriciləri

    2025-ci ildə 89111,5 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2024-cü illə müqayisədə 16,6 faiz çox olmuşdur. Ümumi istehsalın 44,2 faizini sənaye məhsulları, 55,8 faizini isə sənaye xarakterli xidmətlər təşkil etmişdir.

    Məhsulun 4,6 faizi mədənçıxarma, 38,3 faizi emal, 54,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
    Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilə nisbətən 28,3 faiz artaraq 38212,6 min manat və ya sənaye məhsulunun 42,9 faizini təşkil etmişdir.

    İstehlakçılara 89121,8 min manatlıq sənaye məhsulu göndərilmiş, 01.01.2026-cı il tarixində sənaye müəssisələrinin anbarlarında 248,6 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 0,3 faizini təşkil etmişdir.

    Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ildə 34131,3 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, məhsul istehsalının ümumi həcmində 38,3 faiz təşkil etmiş və 2024-cü ilə nisbətən 95,3 faiz artmışdır.
    Sahə üzrə məhsul istehsalının əsasını maşın və avadanlıqların quraşdırılması və təmiri istehsalı ( 49,1 faiz), qida məhsullarının istehsalı ( 29,4 faiz), tikinti materiallarının istehsalı (7,4 faiz), içki istehsalı ( 3,7 faiz) təşkil edir.

    Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ildə 48480,7 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilərək, 2024-cü ilə nisbətən 7,0 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 452,72 milyon kVt-saat elektrik enerjisi, 165,28 milyon kub metr təbii qaz verilmişdir.

    Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi 2024-cü ilə nisbətən 20,6 faiz azalmış və 2418,2 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 1,82 milyon kub metr təbii su verilmişdir.



    Şəmkir rayon Statistika idarəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR