22 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov , I müavini Tohid Hüseynov Yeyənkənd ərazisində keçirilən vətəndaş qəbulundan sonra Xəlfələr kəndində şəhid məzarlarını ziyarət etmişlər.
Ziyarət zamanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi nümayəndəliyi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulmuş, onların əziz xatirəsi ehtiramla yad edimişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.