Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Mahmudavar ərazisində şəhid ailələri ziyarət olunmuşdur.
Türkoba və Lürən ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.
Bədəlan, Sığdaş və Sərçuvar ərazilərində şəhid ailələri ziyarət olunmuşdur.
Yeddioymaq, Yeyənkənd, Banbaşı, Güllütəpə, Təklə və Xırmandalı ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.
Hişkədərə, Yeddioymaq, Təklə və Şərəfə ərazilərində şəhid ailələri ziyarət olunmuşdur.
Şıxlar, Köhnə Alvadı və Həsənli ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.
Boradigah qəsəbəsində şəhid ailələri ziyarət olunmuşdur.
Böyük Xocavar kəndində Vətən müharibəsi şəhidi Məhəmməd Əliyevin anım günü ilə bağlı məzarı ziyarət olundu.
Qızılağac kəndində Vətən müharibəsi şəhidi Cavad Babayevin anım günü ilə bağlı məzarı ziyarət olundu.
Masallı şəhər və Çaxırlı kənd ərazi nümayəndəlikləri tərəfindən şəhid məzarları ziyarət olunub.
Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin məzarı və ailəsi ziyarət olunmuşdur.
Xırmandalı ərazi nümayəndəliyi tərəfindən birinci Qarabağ müharibəsi şəhidləri ərazinin Hacıtəpə kəndində Amil Məlikov və Ərəb kəndində Fariz Tağıyevin məzarları və ailələri ziyarət olunmuşdur
Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şadəstə Məmmədova evində ziyarət edilmiş və qayğıları ilə maraqlanılmışdır.
Qarğalıq ərazi nümayəndəliyi tərəfindən şəhid Xanlar Məmmədovun Xudaş oğlunun məzarı ziyarət edilmişdir.
Banbaşı ərazi nümayəndəliyi tərəfindən Böyük Xocavar kəndində şəhid Aqil Məlikovun məzarı ziyarət olunmuşdur.
Öncəqala ərazi nümayəndəliyi tərəfindən Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun məzarı ziyarət olundu.
Binə Xocavar kəndində Vətən Müharibəsi şəhidi Elməddin Nəzərovun məzarı ziyarət olundu.
Mahmudavar kənd ərazi nümayəndəliyi tərəfindən Vətən Müharibəsi şəhidi Nayib Qasımovun ailəsi ziyarət olunmuşdur.
Masallı şəhərində Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin 5-ci il anım günü ilə əlaqədar ailəsi və məzarı ziyarət olunmuşdur.
Çaxırlı ərazisinin Kəlbəhüsenli kəndində Vətən müharibəsi şəhidi Ziya Gözəlovun 5-ci ildönümü əlaqədar ailəsi və məzarı ziyarət olunmuşdur.
Öncəqala kənd ərazi nümayəndəliyi tərəfindən şəhid atası Mürüvvət Məmmədov ilə görüş keçirilmişdir.
Güllütəpə kəndində şəhid Rəşid Lətifovun ailəsi nümayəndəlik tərəfindən ziyarət olunmuşdur.
Şərəfə kənd ərazi nümayəndəliyi və bələdiyyəsi Şəhid Nurlan Əbilovun oğlu Fərrux Əbillovun doğum günündə iştirak etmişdir.
Mahmudavar ərazisində Vətən Müharibəsi şəhidi Röyad Məmmədovun ailəsi və məzarı nümayəndəlik tərəfindən ziyarət olunmuşdur.
Xırmandalı ərazi nümayəndəliyi tərəfindən antiterror şəhidi Şəmistan Yusiflinin ailəsi ziyarət olunmuşdur.
Çaxırlı ərazisində şəhid Yavər Ağayevin anım günü qeyd olunmuşdur.
Şıxlar ərazi nümayəndəliyi tərəfindən Şəhid məzarları ziyarət edilmişdir.
Türkoba ərazi nümayəndəsi və bələdiyyə sədri ilə birlikdə Vətən Müharibəsi qazisi Orxan Məmmədovla görüş keçirilmişdir.