Yeni dərs ilinin başlanması ilə əlaqədar ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkət təhlükəsizliyi aylığı keçirilir.
Aylıq çərçivəsində Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər 1 və 4 nömrəli, eləcə də Bəydili kənd tam orta ümumtəhsil məktəblərində şagirdlərlə maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı məktəblilərə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, svetoforların və yol nişanlarının tələblərinə əməl etməyin, yolu keçərkən piyada keçidlərindən istifadənin vacibliyi izah olunub. Həmçinin uşaqların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində zəruri təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.
Yol polisi əməkdaşları tərəfindən sürücülərlə də maarifləndirici tədbirlər davam etdirilir. Sürücülərə təhsil müəssisələrinin qarşısında hərəkət sürətini minimuma endirmək, piyadalara, xüsusilə uşaqlara yol vermək, manevrlər zamanı diqqətli olmaq və digər hərəkət təhlükəsizliyi qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.