Masallı şəhər 1 nömrəli və Qəriblər kənd tam orta ümumtəhsil məktəblərində polisin təşkilatçılığı ilə “Diqqət, uşaqlar!” adlı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin məqsədi şagirdlər arasında yol hərəkəti qaydalarına dair məlumatlılığı artırmaq və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Dövlət Yol Polisi əməkdaşları məktəblilərə svetofor və yol nişanlarının tələbləri, piyada keçidlərindən düzgün istifadə və yolu təhlükəsiz keçmə qaydaları barədə məlumat veriblər.
Bildirilib ki, uşaq travmatizminin qarşısının alınması üçün maarifləndirmə işlərinin davamlı aparılması və yeniyetmələrdə yol hərəkəti qaydalarına məsuliyyətli yanaşmanın formalaşdırılması vacibdir.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.