Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) magistratura səviyyəsində təhsil alan Beynəlxalq Turizm və Ölkəşünaslıq ixtisaslaşmasının iki tələbəsi 2023/2024-cü tədris ilində Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea şəhərində nəzərdə tutulan təqaüd proqramından faydalanmaq imkanı əldə ediblər.
Oradea Universitetində təlim-tədqiqat fəaliyyəti ilə məşğul olan Aysu Nağıyeva və Ləman Vəlizadə iki aylıq proqramı uğurla tamamlayıblar. Tələbələrimizin bu nailiyyətləri ilə qürur duyuruq, onlara gələcək akademik və peşəkar həyatlarında daha böyük müvəfəqiyyətlər arzu edirik. Əminik ki, qazandıqları bu dəyərli təcrübə növbəti təhsil mərhələlərində və karyeralarında onlara böyük fayda verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.