Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində 08.07.2024- cü il tarixində Ağdam rayonunun Mahrızlı kəndində layihə çərçivəsində tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri Telman Dadaşov, Ağdam UADM-ın direktoru Yaqut Qəhrəmanova, valideynlər və himayədarlar iştirak etdilər.
Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert A. İmanova valideyn –uşaq münasibətləri, Erkən Bəsləyici qayğının 5 kompanenti ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, erkən yaşlarda körpə ilə nəzakətlə ünsiyyət qurmaq, birlikdə kitab oxumaq, mahnı zümzümə etmək valideyn – uşaq münasibətlərini möhkəmləndirir və körpənin sevgi ilə əhatə olunmasını təmin edir. Əlverişsiz uşaqlıq təcrübələri həyat boyu insanın sağlamlığında və sosial mühitdə özünü büruzə verir. Uşaqların ətrafında sevgi və qayğı dolu mühit yaratmaq onların daha sağlam yaşamasına və inkişafına səbəb ola bilər. Böyüklərin uşaqlara kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.Uşaqlara şəxsiyyət kimi baxmaq lazımdır.Sonra Y.Qəhrəmanova, M.Nəsibova çıxış edərək mövzu ilə ilə bağlı fikirlərini bildirdilər.
Sonra mövzu ətrafında müzakirələr oldu.Valideyn –uşaq münasibətləri, erkən nigah və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. Kənd sakini olan valideynlər layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi.
Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Tədbirdə 21 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi.
Qeyd edək ki, layihə 3 ay müddətində 4 rayonda( Ağdam, Bərdə, Tərtər və Goranboy) həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.