AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR

  • + A
  • - A
  • 18-07-2024, 15:19

    “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR


    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəynin ikinci mərhələsinin Qobustan qadınları üçün təlimləri 09 iyul tarixində baş tutdu.
    Təlimlərin yüksək səviyyədə keçirilməsində və qadın sahibkarları maraqlandıran sullara cavab verdikləri üçün KOBİA - nın Dağlıq Şirvan Regional Mərkəzinin rəhbəri Cavanşir Məhərrəmova, KOBİA - nın Ağsu rayonu üzrə nümayəndəsi Abas Abasova, İqtisadiyyat Nairliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nazim Şirvanova, Qubad Qubadova,Qalib Kərimliyə QHT -z və iştirakçılar adında öz minnətdarləğımızı bildiririk. Ümid edirik ki, işgüzar fəaliyyət uğurla davam edəcək, sahibkar qadınlarımız bu əməkdaşlıqdan gələcəkdə də faydalanacaqlar.
    Bu informasiya Azərbaycanda qadın sahibkarlığının inkişafının təhlilinə, mövcud problemlərin müəyyənləşdirilməsinə və iqtisadiyyatın bu mühüm sahəsinin gələcək inkişaf perspektivlərinin nəzərdən keçirilməsinə və keçirdiyimiz təlimlərə həsr edilib. Təlimlər zamanı müəyyən etdik ki, müasir çağırışlar və biznes mühitində baş verən dəyişikliklər kontekstində qadın sahibkarlığı təkcə iqtisadi qüvvə olmaqla yanaşı, həm də sosial-mədəni aktuallıq kəsb edir.
    Çox təssüf ki, biz Azərbaycan regionlarında qadınların sahibkarlıq fəaliyyətini məhdudlaşdıran amilləri, məsələn, stereotiplər, maliyyə və bacarıqları artırmaq üçün resurslara çıxışın olmaması, şəbəkə dəstəyinin qeyri-kafi olması kimi amilləri müəyyən edə bildik. Bu maneələr araşdırma tələb edir. Bununla belə bu sahədə müsbət irəliləyişləri, o cümlədən qadınlar arasında sahibkarlığa marağın artması, KOBİA tərəfindən dəstək proqramlarının hazırlanması, qadınların biznesdə rolu ilə bağlı ictimai rəydə dəyişikliklər də göstərə bilərik.

    Qadınların sahibkarlıq fəaliyyətinə maneələrin azaldılmasına və onların inkişafının stimullaşdırılmasına yönəlmiş siyasət və dəstək tədbirlərinin işlənib hazırlanmasının vacibliyi vurğulanmaqla gələcəkdə bu sahədə regionlarda yaşayan qadınlar üçün daha davamlı təlimlərin təşkili diqqət mərkəzində olmalıdır.
    Qeyd etməliyəm ki, qadın sahibkarlar üçün əlverişli mühitin yaradılması təkcə biznes ideyalarının və innovasiyalarının müxtəlifliyinə deyil, həm də qadınların ölkənin iqtisadi inkişafında iştirak etmək üçün bərabər imkanların yaradılmasına öz töhfəsini verir.
    Azərbaycanda qadın sahibkarlığının inkişafı ilə bağlı problemlərin və perspektivlərin başa düşülməsinə mühüm töhfə verir ki, bu da məhdudiyyətlərin aradan qaldırılması və ölkədə qadın biznesinin böyüməsini sürətləndirmək üçün effektiv siyasətin və dəstək tədbirlərinin hazırlanmasına töhfə verə bilər.
    Bizim layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızi sahibkarlıq sahəsində daha böyük imkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.
    Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı,İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.
    Südabə Şirəliyeva
    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB

    cwmw_az_az@yahoo.com





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR