AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstanda informasiya mühitində araşdırma mərkəzi yaradılıb

  • + A
  • - A
  • 12-08-2024, 23:43

    Qırğızıstanda informasiya mühitində araşdırma mərkəzi yaradılıb

    Qırğızıstanda İnformasiya, Mədəniyyət, İdman və Gənclər Siyasəti Nazirliyinin nəzdində vətəndaşları yalan məlumatlardan qorumaq üçün informasiya mühiti üzrə dövlət tədqiqat mərkəzi yaradılıb. 

    Müvafiq qərar KR Nazirlər Kabineti tərəfindən imzalanıb.

    Mərkəz informasiya mühitinin tədqiqi və bu sahədə qanunvericiliyə əməl olunmasının monitorinqi ilə məşğul olacaq. Onun yaradılması Qırğızıstan Respublikasının "Etibarsız (yalan) məlumatdan müdafiə haqqında" qanununa uyğun olaraq vətəndaşların, habelə hüquqi şəxslərin hüquq və azadlıqlarını etibarsız və ya yalan məlumatlardan qorumaq məqsədi daşıyır.

    Qırğızıstan Respublikasının İnformasiya, Mədəniyyət, İdman və Gənclər Siyasəti Nazirliyinə yeni qurum üçün binaların ayrılması, müəyyən edilmiş qaydada ədliyyə orqanlarında qeydiyyatdan keçirilməsi, zəruri texniki və kommunikasiya avadanlıqları ilə təmin edilməsi tapşırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR