İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Yaxın Şərqdə müharibə heç bir tərəfə fayda gətirmir və gərginliyin azaldılması üçün bütün diplomatik və rasional yollardan istifadə edilməsinə çağırıb.
Bu barədə İranın dövlət informasiya agentliyi "IRNA" məlumat yayıb.
"Müharibə heç kimin maraqlarına cavab vermir və təhdidlərə qarşı durarkən gərginliyin azaldılması üçün bütün rasional və diplomatik yollardan istifadə edilməlidir", - o qeyd edib.
Bununla yanaşı, Pezeşkian ABŞ və İsraillə münasibətlərdə "etibarsızlığın və sayıqlığın qorunmasının" zəruriliyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.