AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan alimlərinin "Web of Science" bazasında tədqiqatlarının və onlara edilən istinadların sayı artıb

  • + A
  • - A
  • 28-08-2024, 11:39

    Azərbaycan alimlərinin "Web of Science" bazasında tədqiqatlarının və onlara edilən istinadların sayı artıb

    2018-2023-cü illər arasında beynəlxalq bazaya daxil olan jurnallarda Azərbaycan alimlərinə məxsus 8668 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 65,927 dəfə (məqalələrin təxminən 57,28%-i) istinad edilib.

    Sözügedən elmi məqalələrin 1765-i yüksək keyfiyyəti ilə səciyyələnərək Q1 kvartilli jurnallarda dərc olunub. Məqalələrin 88-i yüksək istinadlı məqalə statusuna sahib olaraq öz elm sahələrində ən çox istinad edilən ilk 1% arasındadır.

    Qeyd edək ki, əvvəllki illərlə müqayisədə 2023-cü ildə bazada Azərbaycana məxsus məqalə sayında da artım müşahidə olunub. Belə ki 2022-ci ildə 309 məqalə dərc olunubsa, bu göstərici 2023-cü ildə 518-ə çatıb. Beynəlxalq əməkdaşlıq nəticəsində xarici həmmüəllifli məqalələr 2018-ci ildə ümumi məqalə sayının 44,87%-ni təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 55,45%-ə, 2024-cü ildə isə 68,3%-ə çatıb. Bu, Azərbaycan tədqiqatçılarının beynəlxalq tərəfdaşlarla əməkdaşlığa meylinin artdığını göstərir.

    Ümumilikdə, 2023-cü ildə tədqiqat məhsuldarlığında və keyfiyyətində artım müşahidə olunub və bu həm nəşrlərin ümumi sayında, həm də Q1 kvartilli jurnalarda dərc olunan işlərin sayında nəzərə çarpıb.

    Mənbə: Clarivate Incites https://incites.clarivate.com/#/analysis/0/region


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR