AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaradağda “toxunulmazlıq qalası” da çat verir: Süleyman Mikayılovun dönəmində nələr baş verib?

  • + A
  • - A
  • Bu gün, 13:17

    Qaradağda “toxunulmazlıq qalası” da çat verir: Süleyman Mikayılovun dönəmində nələr baş verib?

    Qaradağ rayonunda baş verən son həbslər illərdir yığılıb qalan sualları yenidən gündəmə gətirib. Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxs – icra başçısının müavini Nadir Muradov, böyük məsləhətçi (memar) Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəis müavini Zülfüqar Mansurov həbs edilib. Onlar təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

    Bu fakt təkcə bir əməliyyatın nəticəsi deyil — Qaradağda kök salmış sistemli korrupsiyanın illərdir formalaşmış tablosudur.

    Süleyman Mikayılovun uzunömürlülüyü və “toxunulmazlıq effekti”


    Xatırladaq ki, Süleyman Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısıdır. On beş ilə yaxın bir müddətdə rayonda demək olar ki, satılmayan torpaq, tikilməyən obyekt, icazəsiz bərkitmələr qalmayıb.

    Ərazi resurslarının paylanması və tikintilərin idarə olunması məsələsində uzun illərdir narazılıqlar səslənir. Qaradağ sakinləri və sosial şəbəkə istifadəçiləri dəfələrlə yazıblar ki, qanunsuz tikililərin arxasında məmur əlaqələri dayanır. Hər dəfə bu barədə mediada yazı dərc olunanda, “qorumaq” üçün həmin tikililərə şəhid şəkilləri vurulur, sanki toxunulmazlıq qalxanı yaradılır.

    “Dövlət Baba”nın baxışı Qaradağa yönəlir


    Bu dəfə isə görünür, vəziyyət fərqlidir. Əməliyyatlar göstərir ki, dövlət artıq Qaradağda kök salmış qanunsuzluqları ciddi şəkildə araşdırır.
    Süleyman Mikayılovun “xəbərim yoxdur” deməsi çətindir – belə bir sistem illərlə başçının nəzarəti olmadan fəaliyyət göstərə bilməzdi.

    Əgər bu korrupsiya şəbəkəsi həqiqətən ifşa olunarsa, bu, təkcə bir rayonun deyil, ümumən yerli idarəetmə sistemində cəzasızlıq sindromunun sarsıdılması demək olacaq.

    Bir sözlə, Qaradağda baş verənlər göstərir ki, toxunulmazlıq dövrü bitir.
    İndi əsas sual budur: bu həbslər son olacaq, yoxsa illərlə formalaşmış “imtiyazlı sistem”in tam çökməsinin başlanğıcı?

    Bir şey aydındır — Dövlət Baba artıq baxır, və bu dəfə “şəhid şəkilləri” arxasında gizlənmək heç kəsi xilas etməyəcək.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR