AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır

  • + A
  • - A
  • 7-10-2019, 11:14

    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır


    Sanqaçal qəsəbəsində növbəti səyyar görüş

    20 sentyabr 2019-cu il tarixində Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
    Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edirdi.
    Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib.
    Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərini salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, ölkə əhalisinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığı və sosial vəziyyətin yaxşılaşdırılması dayanır.
    Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.
    Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
    Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilmişdir.
    Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
    Görüşün yekununda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Qaradağ rayonun əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
    Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
    Qəbulda iştirak edən qəsəbə sakinləri Ölkə başçının onlara olan diqqət və qayğısına görə öz minnətdarlıqlarını bildirmişlər.

    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır
    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır
    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır


    -Süleyman Mikayılov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır

    -Süleyman Mikayılov yüksək insanlığı ilə seçilən bir insandır! Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır






    İstər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.

    İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Qaradağ rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir.

    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır








    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. İnkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.
    Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun olduğu rayon hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır









    Qaradağ rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Qaradağ rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

    Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.

    Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

    Bütün bunlar Qaradağ rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.
    Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Süleyman Mikayılovun adı ilə bağlıdır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR