AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ordubadda qarın hündürlüyü 29 sm-ə çatdı

  • + A
  • - A
  • 28-12-2025, 11:00

    Ordubadda qarın hündürlüyü 29 sm-ə çatdı
    Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

    Bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

    Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR